06 İyun 2026
Ölkə futbolu

Daha 4 futbolçu “Qarabağ”dan getdi – RƏSMİ

“Qarabağ”da daha bir ayrılıq yaşanıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubu İsmayıl İbrahimli ilə yollarını ayırıb.

Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, “köhlən atlar” daha əvvəl Yassin Benzia, Patrik Andrade və Marko Veşoviç ilə vidalaşdığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43