Danimarkanın “Midtüllan” klubunun futbolçusu Alamara Cabi bıçaqlanma nəticəsində ağır xəsarət alıb.
İdmanxeber.az-ın məlumatına görə, hadisə Herninq şəhər mərkəzində baş verib. 19 yaşlı yarımmüdafiəçi iki əməliyyat keçirib, hazırda vəziyyəti stabildir və süni komadan çıxarılıb.
Qvineya-Bisaudan olan futbolçu əsas komandada iki oyunda forma geyinib.

