Kateqoriyasız

De Byazinin mətbuat konfransının vaxtı açıqlandı

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 3-də Astana Arenada keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.az xəbər verir ki, konfranslar matçdan bir gün əvvəl – iyunun 2-də olacaq. Əvvəlcə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək. Tədbir saat 17:30-da olacaq.

Qazaxıstan yığmasının çalışdırıcısı Maqomed Adiyevin konfransı saat 19:00-da olacaq.

2 iyun

Azərbaycan milli komandası

Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qazaxıstan milli komandası

Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43