Kateqoriyasız

“Dinamo”dan Mahir Emreli açıqlaması

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb: “Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.

Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43