Kateqoriyasız

SON DƏQİQƏ: Yunanlı fanatlar azarkeşlərimizə hücum edib – VİDEO

“Olimpiakos” – “Qarabağ” oyunu öncəsi insident baş verib.

Ağdam klubundan İdmanxeber.az-a verilən məlumata görə, yunanlı fanatlar 20-yə yaxın “Qarabağ” azarkeşinə hücum çəkib. Yalnız polislərin müdaxiləsindən sonra hadisənin qarşısı alınıb. Hüquq mühafizə orqanlarının gözyaşardıcı qazlardan da istifadə etdiyi bildirilir.

Yaşananların ardından Ağdam klubunun rəhbərliyinin istəyi ilə azarkeşlərimiz oyunu izləmək üçün daha təhlükəsiz sektora keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43