19 İyun 2026
Dünya futbolu

Diniyev oynadı, komandası xal qazandı

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi “Çorum” səfərdə “Ərzurum”la üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.  Diniyev oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

33 turdan sonra 48 xal toplayan “Çorum” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43