“İnter”in futbolçusu Lautaro Martinesi “Arsenal” transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 125 milyon avro ödəməyə hazırdır. Futbolçunun bazar dəyəri “transfermarkt” portalına görə 95 milyon avro qiymətləndirilir.
Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm 41 matçda 19 qol və 6 məhsuldar ötürməyə imza atıb.

