Kateqoriyasız

Dörd klubumuz “Seltik”in də maraqlandığı futbolçudan cavab gözləyir

“Qəbələ”dən ayrılacağı gözlənilən Bəhlul Mustafazadənin xidmətində Premnyer Liqamızın 4 klubu maraqlıdır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, son çempion “Qarabağ”, gümüş medalçı “Neftçi”, bürünc medalçı “Səbail”lə yanaşı yeni mövsümdə iddialı heyət yığmağı planlaşdıran “Sabah” da gənc müdafiəçini sıralarına qtmağı düşünür. Sözügedən komandalar futbolçuya təklif göndərib və ondan gələcək cavabı gözləyirlər.

Ancaq Mustafazadə karyerasını Azərbaycanda davam etdirmək istəmir. Legioner həyatı yaşamağı düşünən millimizin üzvü yaxın günlərdə yekun qərarını verəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadənin xidmətində Şotlandiya “Seltik”inin də maraqlı olduğu bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43