04 İyun 2026
Dünya futbolu

“Əl-Nəsr”dən Ronaldoya yeni müqavilə

“Əl-Nəsr” futbolçusu Kriştiano Ronaldo ilə yeni sözləşmə imzalamaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı futbolçuya rəhbərlik iki illik müqavilə təklif edilib. Hücumçu Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin qışında qoşulub.

Ronaldo komandanın heyətində bu günə qədər 98 oyun keçirib, 88 qol vurub və 19 qolun ötürməsini edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43