24 İyul 2026
Kateqoriyasız

Elgün Abbaslı: “Neftçala” az şansından maksimum yararlandı”

“Qəələbə üçün meydana çıxmışdıq. Amma hər oyun istədiyimiz kimi ola bilmir. Oyunun əvvəllərində yaratdığımız qol epizodlarından yararlana bilsəydik matçın ssenarisi tamam başqa olacaqdı. Yenə də çalışdıq ki, qalib gələk. Qismət…”

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Rəvan”ın futbolçusu Elgün Abbaslı deyib.

“Neftçala”ya məğlubiyyəti şərh edən “Aslanlar”ın aparıcı üzvü daha sonra sözlərinə belə davam edib:

“Çox klublarda maliyyə problemi var. Biz buna fikir vermirik. Hətta bərabər oyun getdi. Sadəcə imkanlarımızdan yararlana bilmədik”.

Həmin matçda paytaxt klubunun yeganə qolunu vuran E.Abbaslı həmin anı belə şərh edib:

“Qol vurduğum an çox sevindim. İnanırdım oyunda dönüş edəcəyimizə. Ancaq yenədə deyirəm, futbolda hər zaman istədiyin olmur. Mən qolu vurmamışdan 0:1 geridə ikən üstünlük bizdə idi. Sadəcə şanslarımızdna yararlana bilmədik. “Neftçala” isə az şansından maksimum istifadə etdi”.

Qeyd edək ki, “Rəvan” lider “Neftçala”ya 1:3 hesabı ilə məğlub olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43