20 İyun 2026
Ölkə futbolu

Emin Mahmudov “Neftçi” ilə müqavilə bağladı- YENİLƏNİB

“Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb. 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, 2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Qeyd edək ki, bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan “Neftçi” milli komandamızın üzvləri – yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43