23 İyul 2026
Kateqoriyasız

“Erkən qol vursaydıq, oyun başqa cür alınacaqdı” – Regekampf

Misli Premyer Liqasında IX turun “Neftçi” – “Turan Tovuz” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallrını cavablandırıb.

İdmanxeber.az xəbər verir ki, rumıniyalı mütəxəssis öncə matç barədə fikirlərini bildirib…

– Oyuna yaxşı başladıq. Çalışdıq ki, təzyiq yaradaq. Amma sonluğu gətirə bilmirdik. Buna görə də oyunumuzu çətinləşdirirdik, topu ayağımızda çox saxlayırdıq. Oyuna sürətimizi, keyfiyyətimizi əlavə edə bilmirdik. Beləliklə, oyunu rəqib üçün rəqib üçün asanlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi.

– “Qarabağ”ı çempionluq münasibətilə təbrik etmək olar?
– Sona qədər mübarizə aparacağıq. Hazırda çox danışmalı deyilik. Çalışmalıyıq ki, bunu meydanda göstərək. Sakitləşərək yenidən bərpa olunub, titul uğrunda rəqabətə davam etməliyik.

– Adınız “Styaua” ilə hallanır. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
– Bu barədə deyiləsi bir şey yoxdur. “Neftçi” ilə iki illik müqaviləm var və işimə konsentrasiya olmuşam. Adım çox yerlərdə hallanır. Bilməlisiz ki, bura ilə müqaviləm davam edir.

–  Adınızın Rumıniya millisi, “Styaua” ilə yanaşı çəkilməsi sizə olan tələbatdan irəli gəlir, yoxsa işinizə konsentrasiya olmağınızı istəməyənlər var?
–  Bu cür işlərdə adın hallanması normaldır. Onlar da mediadır, sizin kimi jurnalistdir. Nə düşünürlər, nə istəyirlər, onu da yazırlar. Bu, mənim problemim deyil. Məlumatım yoxdur deyə, bir söz demək istəmirəm.

– Bu gün qapıya bir dəqiq zərbə endirə bilmədiz. Bu cür rəqibə qarşı daha fərqli oynaya bilməzdiz?
– Həftəboyu beşli müdafiəyə qarşı necə oynamalı olduğumuzu məşq edirdik. Rəqib hansı stildə oynayırdısa, komandamızı ona uyğun hazırlamaq istəyirdik. Oyunçularımla müxtəlif variantları nəzərdə keçirdik. Erkən qol vursaydıq, oyun başqa cür alınacaqdə. İlk dəqiqələrdən aqressiv oynamaq qistədik. Birinci qolu axtarırdıq ki, rəqib açılışsın. Qol vura bilmədimizə görə onlara daha çox motivasiya verdik. Həqiqəti də vurğulamaq lazımdır ki, rəqibin də qol vurmaq üçün 100 faizlik epizodu var idi.

– Deməli rəqib baş məşqçi komandasını sizə qarşı daha yaxşı hazırlamışdı, nəinki siz onlara….
– Müdafiə olunmaq, hücum qurmaqdan daha asandır. Hazırda müqayisə edə bilmərik, kim hazırlayıb, kim yox. Bu, sizin fikrinizdir və buna da hörmətlə yanaşıram. Çalışdıq ki, mərkəzdə çoxluq təşkil edək və cinahdakı oyunçularımıza şərait yaradaq. Hücumçumuz hündürboy deyil, bunu da nəzərə almışdıq. Oyun stilimiz odur ki, topu tez hərəkətləndirək, müəyyən kombinassiyalı gedişatlar edək. Hücumda bu cür hallardan yararlana bilmədik deyə, problemlər yarandı.

– Çempionluğa oynayan komandanın ehtiyat skamyası bu qədər kasad olmamalıdır. Bu, sizi qayğılandırırmı və bu yöndə rəhbərliklə söhbət etmisizmi?
– Bəli, biz hər gün bu mövzu haqda rəhbərliklə söhbət edirik. Hazırda güclü komanda yaratmaq prosesi gedir. Bilirik ki, bir gün ərzində bunu əldə edə bilmərik. Hansı mövqelərə hansı futbolçular təklif olunur, baxırıq. Komanda yerli oyunçularla da güclənməlidir. Gözləmirdik ki, yerli oyunçularımızı zədəyə görə itirə bilərik. Uzun müddətli zədəli oyunçumuz var. Ümidvaram ki, Eddi 3-4 həftədən sonra komandaya qayıdacaq. Onları əvəzləyəcək oyunçuları meydana buraxmaq asan deyil. Müdaifənin sol cinahına İsmayıl Zülfüqarlını buraxdıq. Çünki Azər Əliyevin də ağrıları var. Bu cür problemlər hər komandanın qarşısına çıxa bilər.

– Qodsvoy Donyo qol vura bilmir. Onun indiki vəziyyəti sizi qane edir?
– Doğrudur, hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo öz oyunundan özü də razı deyil. Onun kifayət qədər keyfiyyəti var və biz də çalışırıq ki, onu bacardığımız qədər motivasiya edək. Hamı ümid edir ki, tezliklə Donyo qollar vurmağa davam edəcək. Ona inamımız böyükdür.

– Solomon Kvirkveliyanın əvəzlənərkən narazı olmasını bütün stadion gördü. Onun haqda fikriniz necədir?
– Son 7-8 dəqiqə idi və hansısa müdafiəçini çıxarıb hücumçunu meydana buraxmağa məcbur idik. Onun narazı qalması üçün heç bir əsası yoxdur. Daha çox mübarizə aparmalı, öz üzərində çalışmalıdır ki, oynasın. Əminəm ki, heç bir problem də yoxdur.

– Emin Mahmudova istirahət verməyin vaxtı olduğunu düşünmürsüz?
– Ona necə məsləhət verə bilərik? Peşəkar futbolçudur və 90 dəqiqə oynamalıdır. Milli komandanın və “Neftçi”nin kapitanıdır. Bu, yarışdır və bunu mən təşkil etmirəm. Hamımızın işidir və gündəlik etməliyik. Buna görə də məvacib alırıq. Ola bilsin ki, yorğundur. Üst-üstə çempionatda və millidə oyunlar keçirib. Oyunçuların bəzən istirahət etmək üçün vaxtı olur. Emin kimi futbolçudan komandada 10-u yoxdur. O da qürur hissi keçirməlidir ki, 3-4 gündən bir oyun oynayır. Sizə məlumat verim ki, Emin ən çox işləyən, ən çox qaçan oyunçumuzdur. Bəlkə də siz haqlısız, Emin robot deyil, insandır və buna görə yorula bilər. Onun oyunundan razıyam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43