Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşin dayandırılması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.
APA xəbər verir ki, tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb. Lakin Ermənistan az müddət sonra razılaşmaya əməl etməyərək yenidən atəşkəsi pozmağa başlayıb.

