Kateqoriyasız

Ermənistan üzərində növbəti qələbəmiz – YARIMFİNALDAYIQ

Avropa Oyunlarında sərbəst güləşdə 57 kq çəki dərəcəsində Azərbaycan – Ermənistan dueli yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz Yaşar Əliyev 1/4 finalda erməni idmançısı Qarik Barseqhyanla üz-üzə gəlib.  

İdmançımız erməni rəqibinə heç bir şans verməyərək qalib gəlib. Ermənistan təmsilçisinə 10:6 hesabı ilə qalib glən Əliyev yarımfinala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43