Ölkə futbolu Premyer Liqa

“Əsas məqsədimiz səhv etməmək idi” – Samir Abasov

“Sumqayt” Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az məlumat verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini səsləndirib:

– Öz komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə “Zirə”dən 1 xal almaq pis nəticə deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43