05 İyun 2026
Dünya futbolu

“Fənərbağça” PSJ-nin futbolçusunu istəyir

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu PSJ-dən Kanq İn Linin transferini istəyir. Paris klubu ilə yaxın günlərdə danışıqlar start götürəcək.

PSJ-nin 24 yaşlı cənubi koreyalı cinah oyunçusunu icarəyə verməyə müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Kanq İn Li Paris klububda bu günə qədər 245 oyun keçirib, 26 qol vurub və 27 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43