04 İyun 2026
Dünya futbolu

“Fənərbağça” heyətini yeni hücumçu ilə gücləndirib

“Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsus olan kolumbiyalı forvard Con Duranla rəsmi müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu “sarı bülbüllər”ə 1 illik icarə əsasında qoşulub.

Xatırladaq ki, “Əl-Nəsr” Con Duranı 2024-cü ilin yanvarında İngiltərənin “Aston Villa” klubundan 77 milyon avroya transfer etmişdi.

Gənc hücumçu ötən mövsüm klubunun heyətində keçirdiyi 18 oyunda 12 dəfə fərqlənməyi bacarıb. 

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43