22 İyul 2026
Dünya futbolu

Fernandes “Çelsi”ni tərk edir?

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes komandanı tərk edə bilər.

İdmanxeber.az xəbər verir ki, Paris Sen-Jermen argentinalı futbolçu ilə ciddi şəkildə maraqlanır. PSJ rəhbərliyi dünya çempionunu transfer etmək üçün uyğun məqam axtarır.

Enzonun özü də Paris klubuna keçidə müsbət yanaşır. 24 yaşlı yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43