İdman

Ferstappen qaldığı yerdən davam edir

Formula 1-də yeni mövsüm start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Bəhreyndə keçirilən mövsümün ilk yarışını Red Bullun pilotu Maks Ferstappen qazanıb. Ötən il 22 yarışın 19-nu qazanan niderlandlı pilot 2024-cü ilə də zəfərlə başlayıb.

Ferstappeni komanda yoldaşı Serxio Peres izləyib. 3-cü yerin sahibi isə Ferraridən Karlos Sayns olub. 4-cü və 5-ci yerləri isə müfaviq olaraq Şarl Lekler və Mersedesdən Corc Rassell tutub.

.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43