Dünya futbolu

FİFA DÇ-2026-nın formatını açıqlayıb – 48 komanda, 12 qrup

FİFA DÇ-2026-nın formatını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, mundial ABŞ, Meksika və Kanadada keçiriləcək. Çempionat ümumilikdə 16 şəhərdə oynanılacaq.

Bu dəfəki dünya çempionatında digərlərindən fərqli olaraq 48 komanda yer alacaq. Bunların 16-sı Avropa ölkələri olacaq.

Komandalar hər qrupda dörd milli olmaqla 12 qrupa bölünəcəklər. İlk iki sıranı tutanlar növbəti mərhələyə vəsiqə qazanacaq.

Qrupda ən yaxşı göstərici ilə üçüncü yeri tutan 8 komanda da pley-offa yüksələcək. Dünya çempionatının finalı iyulun 16-da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43