FİFA milli komandaların oktyabr ayı üzrə yeni reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisi bir pillə irəliləyərək 1570 xalla 26-cı yerə yüksəlib.
DÇ-2026-nın E qrupundakı rəqiblərindən İspaniya 1880 xalla liderliyini qoruyub, Argentina 1872 xalla ikinci, Fransa isə 1862 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti FİFA reytinq cədvəli 2025-ci il noyabrın 21-də açıqlanacaq.

