“Neftçi” uzun müddətdir danışıq apardığı Vensan Abubakarla anlaşıb.
İdmanxeber.az-a verilən məlumata görə, paytaxt klubu kamerunlu hücumçu ilə razılığa gəlib. Ulduz futbolçu hazırda Bakıdadır. Tərəflərin yaxın vaxtlarda rəsmi müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı “Hatayspor” (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fərid Nəsibov

