Dünyadan

“Fiorentina”dan “İnter”ə

"Fiorentina"nın futbolçusu Matias Vesino karyerasını "İnter"də davam etdirəcək.

 

İdmanxeber.com-un xəbərinə görə, Florensiya təmsilçisi 25 yaşlı futbolçuya "İnter"də tibbi müayinədən keçməyə icazə verib. Milan təmsilçisi Vesinonun müqaviləsində qeyd edilmiş satış opsiyasını aktivləşdirəcək.

 

"Sky Sport Italia"nın müxbiri Canluka Di Marsionun məlumatına görə, İnter 2 il ərzində Fiorentinaya 24 milyon avro ödəyəcək.

 

Tibbi müayinədən sonra Vesino İnterlə 4 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 2,5 milyon avro təşkil edəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43