Müsahibə

“Fola”nın baş məşqçisi: “İndidən nəsə demək çətindir”

Sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İnter” “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün matçın keçiriləcəyi stadionda “Fola”in baş məşqçisi Jeff Strasserin mətbuat konfransı keçirilib.

– “İnter”i yaxşı analiz etmişik. Sabahkı oyunun çətin olacağını bilirik. “İnter” güclü rəqibdir.

– “İnter”in güclü komanda olduğunu qeyd etdiniz. Ümümiyyətlə, “Mladost”la oyunda hansı üstün cəhətlərini qeyd edərdiniz?

– “İnter” disiplinli komandadır. Müdafiə xətti təcrübəli futbolçulardan ibarətdir.  Əks hücumlarda çox effektlidir. Skarlatake cərimə zərbələrini ustalıqla yerinə yetirir. 7 və 11 nömrəli futbolçuları da xüsusilə qeyd edərdim.

– Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?

– İndidən nəsə demək çətindir. Hər halda növbəti mərhələyə keçmək üçün yaxşı nəticə əldə etməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43