Müsahibə

Zaur Svanadze: “Futbolçularımız meydana çıxanda belə şeyləri unudur”

Sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İnter” “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün matçın keçiriləcəyi stadionda “İnter”in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib.

– Lüksemburq klubu olmasına baxmayaraq, biz onlara ciddi rəqib kimi baxırıq. Çünki onlar ilk mərhələdə “Reyncers” kimi komandanı kənarlaşdırıb. Ümid edirəm ki, futbolçularım da mənimlə eyni fikirdə olar. İtkilərimiz yoxdur. Ümid edirəm ki, qalib gələcəyik.

– “Zirə” də Avropa Liqasında Lüksemburq klubunu məğlub edərək mərhələ adlayıb. “Differdanj”la “Fola”nı necə müqayisə edərdiniz?

– “Fola”nın oyunlarına baxmışıq. Onlarda cinah futbolçuları çox gözəl təsir bağışlayır. Komanda çox hərəkətlidir. Biz ehtiyyarlı olmalıyıq. Yaxşı oyun göstərməliyik və sübut etməliyik ki, meydanda kim güclüdür. Onların heyətində bir neçə lügioner futbolçu var. Bu, rəqibin keyfiyyətindən xəbər verir.

– Futbolçularınızda “Mladost”u məğlub etdikdən sonra arxayınlıq yaranmayıbki?

– Həmişə belə narahatlıqlar olur. Amma futbolçularım bilir ki, hər şey öz əlimizdədir. Arxayınlıq olsa, bu, bizə öz mənfi təsirini göstərəcək.

– Komandanın “İnter Arena”dan uzaqlaşdırılması futbolçulara necə təsir göstərir?

– Artıq 3 ildir ki, belə söhbətlər var. Artıq futbolçular bu məsələlərə öyrəşib. Onlar meydana çıxanda belə şeyləri unudur.

– Adətən, qalib heyət dəyişilmir. Sabah meydana “Mladost” qarşısındakı yetəi görəcəyik, yoxsa dəyişiklik olacaq?

– Komanda qalib gəldikdə heyəti dəyişməyə ehtiyac olmur. 99 faiz həmin heyət olacaq. Ümid edək ki, sabaha qədər heç bir futbolçumuz xəstələnməyəcək və ya zədələnməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43