Ölkə futbolu

Fövqəladə Hallar Nazirliyindən “Qəbələ”yə dəstək – FOTO

Hazırda davam edən “Qəbələ” – “Neftçi” matçını izləyən azarkeşlər içərisində əyalət klubunu dəstəkləməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri də var.

İdmanxeber.com-un məlumatına görə, FHN naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun sahibi olduğu kluba hazırda arenada mindən çox FHN əməkdaşı dəstək verir.

Sizə təqdim edəcəyimiz fotoda qırmızı geyimli şəxslər məhz nazirliyin əməkdaşlarıdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43