13 İyun 2026
Dünya futbolu

Fransalı hücumçu Türkiyə klubunda

Fransalı hücumçu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, I Liqa təmsilçisi “Sakaryaspor” 35 yaşlı forvardı heyətinə cəlb edib. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.

Xatırladaq ki, Ben Yedderin son klubu İranın “Sepahan” komandası olub. Təcrübəli futbolçu Fransa yığmasında 19 matça çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43