22 İyun 2026
Ölkə futbolu

Fransalı hücumçu “Zirə”yə transfer olunacaq?

“Zirə” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “qartallar” heyətini yeni futbolçu ilə gücləndirə bilər. Qəsəbə təmsilçisi bir müddətdir baxışa əcnəbi hücumçu dəvət edib.

Adını dəqiqləşdirə bilmədiyimiz futbolçu fransalıdır. Onun 18-19 yaşı var. Hücumçu komandadan ayrılan Salifu Sumanın yerinə transfer edilmək istəyir.

Onunla bağlı yekun qərarı baş məşqçi Rəşad Sadıqov verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43