22 İyun 2026
Ölkə futbolu

“Karvan” hücumçu transfer etdi – RƏSMİ

“Karvan” növbəti transferini həyata keçirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Uğur Cahangirov ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı hücumçu son olaraq  “Sumqayıt” klubunda çıxış edib.

Qeyd edək ki, yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Karvan” Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant,  Vüsal Məsimov, və Shaquill Snon uda heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43