Kateqoriyasız

“Frayburq” – “Qarabağ” oyununun hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin I turunda “Frayburq”a qarşı keçirəcəyi səfər oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, sentyabrın 8-də baş tutacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri Co de Ueyrdt və Matias Hillaert kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Uim Smet yerinə yetirəcək.

“Frayburq” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43