Kateqoriyasız

FİFA referimiz Konfrans Liqasının oyununda

FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, o, Slovakiyada “Slovan” (Bratislava) və Litvanın “Jalqris” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyununu idarə edəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq. Qarşılaşma sentyabrın 8-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43