Kateqoriyasız

Tərlan Əhmədov Rauf Əliyevə “mənə belə oyunçu lazım deyil” dedi və …

“Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədov komanda ilə çıxdığı ilk məşqdə xoşagəlməz olay baş verib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun hücumçusu Rauf Əliyev Əhmədov tərəfindən məşqdən kənarlaşdırılıb. Buna səbəb tərəflər arasında yaranmış mübahisə olub. Nəticədə Tərlan Əhmədov Rauf Əliyevi məşqdən kənarlaşdırıb və “mənə belə oyunçu lazım deyil” – deyib.

Əgər təcrübəli forvard baş məşqçidən üzr istəsə, o zaman, komandada saxlanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43