Dünya futbolu

Futbolçunun meydanda qulağı qopdu

“Bordo” – “Loryen” matçında qeyri-adi hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, “Bordo”nun “Milan”dan transferi olan Jeremi Menezin qulağı qopub.

O, rəqib futbolçu ilə toqquşub. Nəticədə həkimləri onu tez xəstəxanaya çatdırıblar.

Qeyd edək ki, bu qarşılaşma “Bordo”nun 3:1 hesablı qələbəsi ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43