Kateqoriyasız

Güləş davaya çevrildi, döyüş yarımçıq dayandırıldı – FOTO

Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, 57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı qalmaqal baş verib. Belə ki, güləşçilər öncə bir-birilərinə şillə vurmağa başlayıblar.

Bundan sonra isə iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.

Görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb.

Onlar barədə hansı qərarın veriləcəyi maraqla gözlənilir. Hər iki idmançının baş məşqçisi isə etirazını bildirməkdə davam edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43