Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün püşkü iyunun 22-də atılacaq.
İdmanxeber.com-un məlumatına görə, məhz həmin gün “Qarabağ” ÇL-də, “Neftçi”, “İnter” və “Qəbələ” isə AL-də öz rəqiblərini tanıyacaq.
İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmanı yerli telekanallardan heç biri canlı yayımlamayacaq. Adətən püşkatmanı canlı yayımlayan “İdman Azərbaycan” “Bakı-2015” Avropa Olimpiya oyunlarının təqvimini əsas gətirərək bu mərasimi canlı yayımlamayacaq.