Kateqoriyasız

Ledi Qaqaya nə qədər pul verilib? – Azad Rəhimovdan açıqlama

Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.com-un azvision.az saytına istinadən yaydığı xəbərə görə, o bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir.

“Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazirin sözlərinə görə, iddia olunduğu kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib: “Qonararın məbləği o qədər olmayıb”,-deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

Xatırladaq ki, iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. İfanın sözləri Con Lennona məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43