Millimizin üzvü Dmitri Nazarov Almaniya Bundesliqasında çıxış edən "Hamburq"dan təklif alıb.
İdmanxeber.com-un məlumatına görə, yayda "Karlsrue"dən ayrılacaq yarımmüdafiəçinin "Hamburq"a keçmək şansları yüksək qiymətləndirilir.
"Karlsrue" klubu növbəti mövsüm üçün iddiasız, və daha gənc kollektiv toplamaq niyyətində olduğundan Nazarov yeni mövsüm üçün nəzərdə tutulan heyətdə yoxdu. Məhz buna görə də, futbolçu ona gələn təklifləri dəyərləndirməyə başlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Qəbələ" və "Qarabağ"ın da maraq dairəsində idi. Lakin millimizin üzvü karyerasını Almaniyada davam etdirmək istəyir.

