Dünya futbolu

Hikmet Karaman portuqaliyalı ulduzu istəmir

”Adana Demirspor” Luis Nani ilə yollarını ayıracaq.

İdmanxeber.az məlumat verir ki, Adana təmsilçisi portuqaliyalı ulduzun müqaviləsinə xitam verməyi düşünür. Klubun baş məşqçisi Hikmet Karaman 37 yaşlı oyunçunu komandasında istəmir.

Nani ötən ilin yayında “Adana Demirspor”a qoşulub. O, bu mövsüm Süperliqada 28 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43