”Trabzonspor” növbəti mövsüm üçün ilk transferini etməyə hazırlaşır.
İdmanxeber.az məlumat verir ki, Qaradəniz təmsilçisi ruminiyalı forvard Denis Draquşu “Standard”a 2 milyon avro və əlavə bonuslar ödəyərək heyətinə qatacaq.
Draquşu hazırda icarə əsasında “Qaziantepspor”da çıxış edir. O, bu mövsüm Türkiyə Süperliqasında 28 oyuna çıxıb və 11 qol vurub.