Ölkə futbolu

“I Liqada komanda sayı artırılsa, əvəzedicilər liqasının ləğv edilməsi problem yaratmaz”

Bir müddətdir ölkə mətbuatında növbəti mövsümdən əvəzedicilər liqasının ləğv ediləcəyi iddia olunur. AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bu qərarın da müzakirəyə çıxarılacağı gözlənilir. 

Maraqlıdır, sözügedən çempionatın ləğvi gənc futbolçuların yetişməsinə necə təsir edəcək? Məsələyə münasibət bildirməsi üçün “Qəbələ” Futbol Akademiyasının rəhbəri və “Qəbələ 2” komandasının baş məşqçisi Famil Xəlilovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına məsələylə bağlı bunları dedi:

“Qəbələ 2″də uşaqlar onsuzda məhdud saydadır. Oyunçuların bəziləri əsas komandaya gedir, digərləri isə namizəddir. Əvəzedicilər liqasının ləğv edilməsi bizə o qədər də təsir etməyəcək. Çünki ətrafımıza topladağımız futbolçuların bir çoxu əsas komandamızda və digər klublarda oynaya biləcək səviyyədədir. Biz bu heyətlə I Liqada da çıxış etmişik. Əgər I liqada komanda sayı artırılsa, əvəzedicilərin ləğv edilməsi problem yaratmaz. Yenə də gözləyək. Hansı qərar veriləcəksə, futbolumuz üçün xeyirlisi olsun”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43