Kateqoriyasız

İlk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda

Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasın gündəliyində aşağıda  qeyd olunanlar yer alıb:

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi

2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

6. UEFA İntizam qaydaları (2019 buraxılışı)

7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

10. UEFA Avropa Gənclər çempionatlarının formatı

11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

12. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43