Dünya futbolu

İngiltərəli futbolçu “Real”la müqavilə bağlayır

“Borussiya”nın futbolçusu Jud Bellinqem karyerasını İspaniyada davam etdirməyə yaxındır.

İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Dortmun klubu 100-120 milyon avro qarşılığında  oyunçunun “Real”a keçməsinə izin verəcək. Hazırda klublar müqavilənin detalları ilə bağlı danışıq aparır.

Mənbə yazır ki, 19 yaşlı futbolçu da Madrid təmsilçisində çıxış etmək istəyir.

Bellinqem bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43