“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin “Birmingem” klubundan icarəyə götürülüb.
Anlaşmanın müddəti 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı futbolçu “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.
“Birmingem”in yetirməsi olan Boaki, karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın “İnter” (Turku) komandasında da çıxış edib.

