02 İyul 2026
Dünya futbolu

İspaniyadan Premyer Liqa klubuna

“Malaqa”nın vingeri Antonio Kordero “Nyukasl”la müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı ispaniyalı ilə müqavilənin şərtləri açıqlanmayıb. Kordero ingilis klubuna iyulun 1-də, “Malaqa” ilə müqaviləsi başa çatdıqdan sonra keçəcək.

Ötən mövsüm futbolçu 40 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43