05 İyun 2026
Dünya futbolu

İtaliyalı futbolçu “Qalatasaray”a qayıdır

“Fiorentina” “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolonu birdəfəlik transfer etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi futbolçunun 15 milyon avroluq satınalma bəndindən yararlana bilməyəcək.  25 yaşlı yarımmüdafiəçi yayda “Qalatasaray”a qayıdacaq.

İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43