22 İyun 2026
Kateqoriyasız

Jurnalistin ölümündə təqsirli bilinənlərin cəzası açıqlandı – 54 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin qətliylə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İdmanxeber.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev 9 il , Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən jurnalist orda vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və “Qəbələ”nin futbolçusu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43