Kateqoriyasız

“Kəpəz” legioner futbolçu transfer etdi – ÖZƏL

Yenidən Premyer Liqada çıxış edəcək “Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi gürcüstanlı futbolçu Mate Kvirkivanı heyətinə qatmağa yaxındı. Son olaraq ölkəsinin “Qaqra” klubunda çıxış edən vingerlə danışıqlar müsbət yekunlaşıb və onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Yarımmüdafiəçi azərbaycanlı futbolçu İbrahim Qədirzadə ilə bir mövsüm eyni komandada da çıxış edib.

Qeyd edək ki, peşəkar karyerasına “VİT Corcia” klubunda başlayan 26 yaşlı futbolçu müxtəlif illərdə “Dila”, “Torpedo”, “Zestafoni”, “Dinamo Tbilisi” və “Dinamo Batumi” klublarında forma geyinib. O, ölkəsinin U-21 millisində də çıxış edib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43