Kateqoriyasız

Macarlar “Qəbələ”yə “biz hazırıq” deyir

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” (Macarıstan) ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda ölkənin digər təmsilçisi “Dunayşvaroş”la qarşılaşıb. Matç “Fehervar”ın 5:0 hesablı qələbəsiylə başa çatıb.

“Qəbələ” bu komanda ilə ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Qəbələdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43