Kateqoriyasız

“Qəbələ”nin rəqibi rumıniyalı futbolçu transfer etdi

“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, sözügedən komanda rumıniyalı yarımmüdafiəçi Klaudiu Bumbanı transfer edib.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Rumıniya yığmasında da oynamış futbolçu karyerası ərzində “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Təl-Əviv), “Dinamo” (Buxarest), “Konkordiya”, “Adanaspor” və “Kişvarda” komandalarında forma geyinib.

“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə ayın 28-də Qəbələdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43