Ölkə futbolu

“Kəpəz” rəsmilərindən nümunəvi addım – VİDEO

“Kəpəz” rəhbərliyi şəhid övladı Hüseyn Əliyevə ad günü mərasimi keçirib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Sumqayıt” oyununun ardından “sarı-göylərin” azarkeşi və U-11 komandasının üzvü Əliyevi təbrik edib.

Klubun idman direktoru Mehman Allahverdiyev, mətbuat xidmətinin rəhbəri Azad Mustafayev və təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev azyaşlıya gələcək həyatında uğurlar arzulayıblar.

Xatırladaq ki, Hüseyn Əliyevin valideynləri Vətən Müharibəsi zamanı Gəncəyə atılmış raket zamanı şəhid olublar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43